Cəlilabadda ağır yol qəzası baş verib, xəsarət alanlar var – FOTObackend

Cəlilabadda ağır yol qəzası baş verib, xəsarət alanlar var – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cəlilabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndi ərazisində qeydə alınıb.

Belə ki, “VAZ 21010” və “VAZ 2107” markalı minik avtomobili toqquşub.

Qəza nəticəsində 5 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb.

Şahidlərin sözlərinə görə, hadisəyə səbəb “VAZ 2107” markalı avtomobilin qəfil olaraq “VAZ 21010”in önünə çıxması olub.

Faktla bağlı araşdırma aparılır.