Cəlilabadda avtomobildən üç kiloqram narkotik vasitə və psixatrop maddə aşkarlandıbackend

Cəlilabadda avtomobildən üç kiloqram narkotik vasitə və psixatrop maddə aşkarlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cəlilabadda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanıldı.

Bu barədə Daxili İşlər Nazirliyinin Lənkəran regional qrupu məlumat yayıb.

Bildirilir ki, Masallı şəhər sakinləri R.Ramazanov və A.Bəşirov sonuncunun idarə etdiyi “Vaz-21014” markalı avtomobildə Cəlilabad rayonu ərazisində saxlanılaraq Rayon Polis Şöbəsinə gətiriliblər.

Qeyd olunur ki, onların olduğu avtomobilə keçirilən baxış zamanı ön sərnişin oturacağının alt hissəsində bir ədəd bağlamada çəkisi 1 kiloqram 320 qram narkotik vasitə heroin, iki ədəd qabda ümumi çəkisi 1 kiloqram 680 qram psixatrop maddə metamfetamin aşkarlanaraq götürülüb.

R.Ramazanovun həmin narkotik vasitə və psixatrop maddəni İran vətəndaşı Şirzad adlı şəxs vasitəsilə əldə etdiyi və Ələt-Astara avtomobil yolunun kənarında əvvəlcədən gizlədilmiş yerdən götürdüyü müəyyən edilib.

Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır.