Cəlilabadda qəzaya düşən şəxslərin son durumu açıqlanıb.
Cəlilabad Rayon Mərkəzi xəstəxanasının Təcili Yardım şöbəsinin müdiri Mətanət Dadaşovanın Oxu. Az-a verdiyi açıqlamasında bildirib ki, 10 qadın və bir uşaq təcili yardım şöbəsinə gətirilib. Onlardan iki nəfər 1960-cı il təvəllüdlü Səbiyə Kazımova və 1970-ci il təvəllüdlü Kəmalə Şükürova hadisə yerindəcə keçinib:
“Digər qadınlar isə müxtəlif bədən xəsarətləri alıblar. Onlara ilkin tibbi yardım göstərilib. İki qadın hazırda reanimasiyaya köçürülüb. Digərlərinin vəziyyəti orta ağırdır. 2019-cu il təvəllüdlü uşaqda isə burunqanaması olub və hazırda vəziyyəti yaxşıdır. Sürücü ciddi xəsarət almayıb. İlkin tibbi yardım göstərilib. Qadınların bir neçəsinə gips qoyulub”.

