Cəlilabadda həkimi maşın vurubbackend

Cəlilabadda həkimi maşın vurub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə “Sevinc” şadlıq sarayının qarşısında qeydə alınıb.

Belə ki, “Jiquli” markalı minik avtomobili Cəlilabad şəhər sakini Böyükağa Ələkbərovu vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, B.Ələkbərov Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında endokrinoloq kimi çalışır.

Faktla bağlı araşdırma aparılır.