Cəlilabadda intihar edən 20 yaşlı oğlan tələbə imişbackend

Cəlilabadda intihar edən 20 yaşlı oğlan tələbə imiş

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cəlilabad rayonunda intihar edən 2002-ci il təvəllüdlü Hətəmov Tural Mehman oğlunun tələbə olduğu məlum olub.

“Report”un məlumatına görə, o, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialının 2-ci kursunda oxuyurdu.

Hadisə ilə bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırmalar aparılır.

Cəlilabadda 20 yaşlı oğlan intihar edib.

“Report”un məlumatına görə, hadisə Cəlilabad şəhəri ərazisində yerləşən evlərin birində qeydə alınıb.

Belə ki, rayon sakini, 2002-ci il təvəllüdlü Hətəmov Tural Mehman oğlu özünü asıb.

Faktla bağlı araşdırma aparılır.