Cəlilabadda maşın kanala aşıb, 5 nəfər xəsarət alıb – FOTObackend

Cəlilabadda maşın kanala aşıb, 5 nəfər xəsarət alıb – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib, 5 nəfər xəsarət alıb.

Editor.az  APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Uzuntəpə-Günəşli yolunda qeydə alınıb.

“Ford” markalı nəqliyyat vasitəsi idarəetməni itirərək yol kənarındakı kanala aşıb. Əraziyə FHN-in xilasediciləri cəlb olunub.

Maşında olan 6 nəfərdən (4 qadın, 2 kişi) 5-i müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Cəlilabad rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunublar. Onlardan 3-ü ambulator müalicə üçün evə buraxılıb. İki nəfərin müalicəsi xəstəxanada davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.