Cəlilabadda meşə yanğını davam edir: İki helikopter cəlb edildibackend

Cəlilabadda meşə yanğını davam edir: İki helikopter cəlb edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cəlilabad rayonunun Zopun kəndi istiqamətində dağlıq ərazidə yanğın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə məlumat daxil olub və dərhal əraziyə Nazirliyin qüvvələri cəlb olunub.

Oxu.Az xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.

Bildirilib ki, yanğının daha geniş sahəyə yayılmasının qarşısını almaq və söndürülməsi işlərini sürətləndirmək məqsədilə əraziyə Aviasiya dəstəsinin iki ədəd helikopteri, Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam edir.

Cəlilabad rayonunda yanğın davam edir.

Oxu.Az xəbər verir ki, bir nəfər tüstüdən zəhərlənib.

O, meşə təsərrüfatının əməkdaşı, 1976-ci il təvəllüdlü Qəni Nəzirovdur. Q.Nəzirov təcili tibbi yardım briqadasına təhvil verilib.

Cəlilabad rayonu Zopun kəndi istiqamətindəki meşəlik ərazidə yanğın davam edir.

Bu barədə Oxu.Az-a sakinlər məlumat veriblər.

Onların verdikləri məlumata görə, yanğın belə davam edərsə yaxınlıqda yerləşən Seyidbazar və Zopun kəndləri üçün təhlükəli vəziyyət yarana bilər. Yanğının baş verdiyi ərazinin relyefi və hava şəraitinin küləkli olması texnikanın alovu söndürülməsi üçün əlverişli hesab edilmir.

Yanğın yerinə Cəlilabaddan üç, qonşu Masallı rayonundan isə bir yanğınsöndürən maşın və şəxsi heyət cəlb olunub.