Cəlilabadda qadın üç övladı ilə birlikdə itkin düşüb – FOTObackend

Cəlilabadda qadın üç övladı ilə birlikdə itkin düşüb – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cəlilabad rayon sakini itkin düşüb.

Oxu.Az xəbər verir ki, Cəlilabad rayon Ləzran kənd sakini, 1995-ci il təvəllüdlü Şəfəq Əliağa qızı Kərimova mart ayının 23-də axşam saatlarında 3 azyaşlı övladı ilə birlikdə yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Ş.Kərimovanın əlamətləri: boyu 152 sm, arıq bədən quruluşlu, saçlarının rəngi şabalıdı, gözlərinin rəngi qaradır.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Cəlilabad Rayon Polis Şöbəsinə (055-248-17-33) nömrəsinə məlumat vermələri xahiş olunur.