Cəlilabadda yol polisi qəza törədib: Xəsarət alanlar varbackend

Cəlilabadda yol polisi qəza törədib: Xəsarət alanlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cəlilabad rayonunda yol qəzası baş verib.

“Report”un məlumatına görə, qəza zamanı iki minik avtomobili toqquşub.

Nəticədə sürücülərdən biri Nurlan Həsənovun ayağı sınıb. O, Masallı Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Digər avtomobildə olan qadın sərnişin də xəsarət alıb.

Məlumata görə, N.Həsənov yol polisi əməkdaşıdır və qəzanı şəxsi avtomobili ilə törədib.

Faktla bağlı araşdırma aparılır.