Cəlilabadın icra başçısının həbsi üçün təqdimat verilibbackend

Cəlilabadın icra başçısının həbsi üçün təqdimat verilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində saxlanılan, Cəlilabad rayon icra başçısı Namiq Zeynalov Səbail rayon məhkəməsinə gətirilib.

Editor.az xəbər verir ki, Trend-ə istinadən bildirir ki, icra başçısı barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı məhkəmə prosesi başlayıb. Prosesə hakim Azər Tağıyevin sədrliyi ilə baxılır.

N. Zeynalov Cinayət Məcəlləsinin 179.2.2 (Mənimsəmə və ya israf etmə təkrar törədildikdə) 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə); 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (külli miqdarda rüşvət alma), 311.3.2 (təkrar rüşvət alma), 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

Loading...