“Çelsi” 22 yaşlı hücumçu ilə altı illik müqavilə imzaladıbackend

“Çelsi” 22 yaşlı hücumçu ilə altı illik müqavilə imzaladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Çelsi” futbol klubu heyətini hücumçu Liam Delap ilə gücləndirib.

Oxu.Az xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb.

London təmsilçisi “İpsviç Taun”dan Liam Delapı transfer edib. Tərəflər altı illik müqavilə imzalamaq üçün anlaşıblar.

“Çelsi” 22 yaşlı hücumçu üçün 30 milyon funt-sterlinq ödəyəcək. Yaxınlarda İngiltərə klubu transferi rəsmən açıqlayacaq.

Delap ötən mövsüm Premyer Liqada 37 matçda 12 qol vurub.