“Çelsi” Azpilikuetanın qiymətini açıqladıbackend

“Çelsi” Azpilikuetanın qiymətini açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İngiltərnin “Çelsi” klubu Sezar Azpilikuetanın transfer qiymətini açıqlayıb. Editor.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “zadəganlar” ispan futbolçu üçün 8 milyon avro tələb edir. London təmsilçisi “Barselona” ilə görüş zamanı bu məğləği aşağı endirəcəyini də vurğulayıb.

Sezar Azpilikueta “Barselona” ilə iki illik razılığa gəlib. 32 yaşlı futbolçu ilə Kataloniya təmsilçisi arasındakı razılaşmaya əsasən müdafiçi illik 13 milyon avro maaş alacaq.

Lakin “Çelsi”nin baş məşqçisi Tomas Tuçel bu transferin baş tutmasına müsbət yanaşmır. O “Mançester Siti”dən Nathan Akenin transfer edilməsi qarşılığına Azpilikuetanın getməsinə razılıq verəcəyini bildirib.

//Nəzərbəy Hacıağayev, Editor.az