Londonun “Çelsi” klubu yay transfer pəncərəsi zamanı “Mançester Siti”nin cinah oyunçusu Rahim Sterlinqi transfer etmək istəyir. Editor.az “sky sport”a istinadən xəbər verir ki, London təmsilçisi artıq Mançester təsmilçisi ilə danışıqlara başlayıb.
“Çelsi” 27 yaşlı futbolçunun transferinə görə 40 milyon ödəməyə hazırdır.
Xatırladaq ki, Rahim Sterlinq bu mövsüm “şəhərlilər”in forması ilə 47 oyuna çıxıb. O, bu 47 oyunda 17 qola, 8 məhsuldar ötürməyə imza atıb.
Qeyd edək ki, “Mançester Siti” Rahim Sterlinqi 2015-ci ildə “Liverpul”dan heyətinə qatmışdı. Klubla oyunçu arasında müqavilənin müddəti gələn ilin yazında başa çatır.
//Nəzərbəy Hacıağayev, Editor.az

