“Çelsi” Türkiyədən futbolçu gətirir: Satış qiyməti bəlli oldubackend

“Çelsi” Türkiyədən futbolçu gətirir: Satış qiyməti bəlli oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Çelsi” uzun müddətdir yaxından maraqlandığı Uğurcan Çakırı heyətinə qatmağa hazırlaşır.
Editor.az Offsideplus.az-a istinadən xəbər verir ki, Superliqanın ən dəyərli qolkiperi “Çelsi”yə keçid edə bilər. Mövsümün sonunda “zadəganlar”ın 24 yaşlı qapıçının transferini bitirəcəyi gözlənilir.

“Çelsi” 20 milyon avrodan çox məbləğ təklif edərsə, “Trabzonspor” Uğrucanın satışına razılıq verəcək.

Qeyd edək ki, mövsümün əvvəlində 24 milyon avroya “Renn”dən aldığı Mendi, “Çelsi”nin ümidlərini tam doğrulda bilməyib. Yeni qapıçı axtaran İngiltərə klubunun ilk hədəfi Uğurcan Çakırdır.