Çempionlar Liqası: 10 komanda pley-offda, Mahir Emrelinin klubu mübarizəni dayandırdıbackend

Çempionlar Liqası: 10 komanda pley-offda, Mahir Emrelinin klubu mübarizəni dayandırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinə yekun vurulub.

Editor.az-ın məlumatına görə, cavab oyunlarının hamısı eyni gündə gerçəkləşib və 10 komanda növbəti mərhələyə vəsiqə qazanıb.

Millimizin hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Legiya” Polşada Xorvatiyanın “Dinamo” (Zaqreb) komandasını qəbul edib. Rəqibinə 0:1 hesabı ilə uduzan Varşava təmsilçisi turnirdə mübarizəni dayandırıb. Emreli meydana start heyətində çxsa da, 56-cı dəqiqədə Tomaş Pekhartla əvəzlənib.

II təsnifat mərhələsində “Neftçi”ni mübarizədən kənarlaşdıran Yunanıstan “Olimpiakos”u Bolqarıstanda “Ludoqorets”in qonağı olub. Matçın əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. İlk matçda da heç-heçə qeydə alındığından komandalar əlavə 30 dəqiqə oynayıblar. Əlavə vaxtda hesab dəyişmədiyi üçün penaltilər seriyasına keçilib. 11 metrlik cərimə zərbələri zamanı daha dəqiq oynayan meydan sahibləri pley-offa yüksəliblər.

“Qalatasaray”ı mübarizədən kənarlaşdıran PSV isə Danimarkada “Midtüllan”i sınağa çəkib. İlk görüşdə 3:0 hesablı qələbə qazanan qonaqlar ikinci qarşılaşmada da rəqibinə şans verməyib – 1:0.

Çempionlar Liqası, III təsnifat mərhələsi

Cavab oyunları

“Şerif” (Moldova) – “Srvena Zvezda” (Serbiya) – 1:0

Qol: Danilo Arboleda, 45+2

İlk oyun – 1:1

“Slaviya” (Praqa, Çexiya) – “Ferentsvaroş” (Macarıstan) – 1:0

Qol: Lukaş Masopust, 36

İlk oyun – 0:2

“Şaxtyor” (Donetsk, Ukrayna) – “Genk” (Belçika) – 2:1

Qol: Lassina Traore, 27, Markos Antonio, 76 – Siril Dessers, 90

İlk oyun – 2:1

“Midtüllan” (Danimarka) – PSV (Niderland) – 0:1

Qol: Bruma, 90+3

İlk oyun – 0:3

“Ludoqorets” (Bolqarıstan) – “Olimpiakos” (Yunanıstan) – 2:2 (Penaltilər – 4:1)

Qollar: Ruben Semedu, 49 (avtoqol), Pyeros Sotiriu, 57 (penalti) – Yan M Vila, 31, Yussef əl-Ərəbi, 68 (penalti)

İlk oyun – 1:1

“Monako” (Fransa) – “Sparta” (Praqa, Çexiya) – 3:1

Qollar: Jelson Martinş, 50, Aleksandr Qolovin, 56,Sofian Diop, 81 – David Moberq Karlsson, 78

İlk oyun – 2:0

“Yanq Boyz” (İsveçrə) – ÇFR (Rumıniya) – 3:1

Qollar: Jordan Sibaço, 23; 42, Mumi Nqamalyo, 25 – Biyel Omrani, 4

İlk oyun – 1:1

“Benfika” (Portuqaliya) – “Spartak” (Moskva, Rusiya) – 2:0

Qollar: Joau Mariu, 58, Roman Yaremçuk, 90+2

İlk oyun – 2:0

“Legiya” (Polşa) – “Dinamo” (Zaqreb, Xorvatiya) – 0:1

Qol: Bartol Franyiç, 20

İlk oyun – 1:1

“Reyncers” (Şotlandiya) – “Malmö” (İsveç) – 1:2

Qol: Alfredo Morelos, 19 – Antonio Çolak, 53; 58

Qırmızı vərəqə: Bonke İnnosent, 45+1 (“Malmö”)

İlk oyun: 1:2