Çempionlar Liqası: Bu gün “İnter” ev, Dortmund “Borussiya”sı isə səfər oyununa çıxacaqbackend

Çempionlar Liqası: Bu gün “İnter” ev, Dortmund “Borussiya”sı isə səfər oyununa çıxacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsi davam edir.

“Report”un məlumatına görə, bu gün daha iki oyun keçiriləcək.

İtaliya nəhəngi “İnter” Milanda İspaniya “Atletiko”sunu qəbul edəcək. Dortmund “Borussiya”sı isə Niderlandda PSV-nin qonağı olacaq.

00:00. “İnter” (İtaliya) – “Atletiko” (İspaniya)

Baş hakim: İştvan Kovaç (Rumıniya).

Milan, “Cüzeppe Meatsa” stadionu.

00:00. PSV (Niderland) – “Borussiya” (Dortmund, Almaniya)

Baş hakim: Srcan Yovanoviç (Serbiya).

Eyndhoven, “Filips” stadionu.

Qeyd edək ki, komandalar arasında cavab oyunları martın 13-də keçiriləcək.