Çempionlar Liqası: İspaniyada 7, Almaniyada 3 qol vuruldubackend

Çempionlar Liqası: İspaniyada 7, Almaniyada 3 qol vuruldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində iki oyunu keçirilib.

Nəzər Media.az Trend-ə istinadən bildirir ki, Almaniyanın “Leypsiq” klubu İngiltərənin “Tottenhem” klubunu öz meydanında qəbul edib. Oyun meydan sahibinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda qolları M.Sabitzer (10-cu və 21-ci dəqiqələr) və E.Forsberq (87-ci dəqiqə) vurublar.

Beləliklə, “Leypsiq” 1/4 final mərhələsinə yüksəlib. İlk oyunda “Leypsiq” 1:0 qələbə qazanmışdı.

Digər oyunda İspaniyanın “Valensiya” klubu İtaliyanın “Atalanta” klubunu qəbul edib. Oyun qonaqların 3:4 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda qolları J.İliçiç (3-cü, 43-cü, 71-ci və 82-ci dəqiqələr), K.Qameyro (21-ci və 51-ci dəqiqələr) və F.Torres (67-ci dəqiqə) vurublar.

1/4 final mərhələsinə İtaliya klubu yüksəlib. ilk oyunda “Atalanta” 4:1 hesablı qələbə qazanmışdı.

10 mart

Çempionlar Liqası

1/8 final, cavab oyunları

00:00. “Valensiya” (İspaniya) – “Atalanta” (İtaliya) – 3:4
Qollar: İliçiç, 3-pen (0:1), Qameyro, 21 (1:1), İliçiç, 43-pen (1:2), Qameyro, 51 (2:2), Torres, 67 (3:2), İliçiç, 71 (3:3), 82 (3:4)
İlk oyun – 1:4
Baş hakim: Ovidiu Alin Hateqan (Rumıniya)
Valensiya. “Mestalya” stadionu

00:00. “Leyptsiq” (Almaniya) – “Tottenhem” (İngiltərə) – 3:0
Qollar: Sabitzer, 10, 22, Forsberq, 88
İlk oyun – 1:0
Baş hakim: Karlos del Serro Qrande (İspaniya)
Leypsiq. “RB Arena”

11 mart
00:00. PSJ (Fransa) – “Borussiya” (Dortmund, Almaniya)
İlk oyun – 1:2
Baş hakim: Entoni Taylor (İngiltərə)
Paris. “Park de Prens”

00:00. “Liverpul” (İngiltərə) – “Atletiko” (İspaniya)
İlk oyun – 0:1
Baş hakim: Danni Makkeli (Niderland)
Liverpul. “Enfild Roud”