Çempionlar Liqasında 1/8 finalın cütləri bəlli oldu – RONALDU MESSİYƏ QARŞIbackend

Çempionlar Liqasında 1/8 finalın cütləri bəlli oldu – RONALDU MESSİYƏ QARŞI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.

Editor.az apasport.az-a istinadən bildirir ki, qitənin ən nüfuzlu klub turnirində qrup mərhələsini adlayan 16 komanda püşkdə 8 cüt təşkil edib.

Qrup qalibi olan komandalar ikinci yerin sahibləri ilə qarşılaşacaq. İlk oyunlar səpələnməmişlər səbətində yer alan ikincilərin meydanında baş tutacaq. Bu mərhələdə eyni ölkə təmsilçiləri və eyni qrupdan çıxanlar üz-üzə gələ bilməz.

Çempionlar Liqası
1/8 final

“Benfika” (Portuqaliya) – “Real” (İspaniya)
“Vilyarreal” (İspaniya) – “Mançester Siti” (İngiltərə)
“Atletiko” (İspaniya) – “Bavariya” (Almaniya)
“Zalsburq” (Avstriya) – “Liverpul” (İngiltərə)
“İnter” (İtaliya) – “Ayaks” (Niderland)
“Sportinq” (Portuqaliya) – “Yuventus” (İtaliya)
“Çelsi” (İngiltərə) – “Lill” (Fransa)
PSJ (Fransa) – “Mançester Yunayted” (İngiltərə)

Qeyd edək ki, 1/8 finalın ilk oyunları gələn il fevralın 15-16-da və 22-23-də, cavab görüşləri martın 8-9-da və 15-16-da keçiriləcək.