Bu gün Çempionlar Liqasında 1/8 finala yekun vurulub.
Editor.az Qol.az-a istinadən xəbər verir ki, sonuncu oyun günündə 2 matç keçirilib. “Napoli” “Ayntraxt”ı qəbul edib. İlk oyunda 2:0 hesablı qələbə qazanan İtaliya təmsilçisi bu dəfə 3 cavabsız qolla qalib gəlib və 1/4 finala yüksəlib.
Digər görüşdə “Real” “Liverpul”u qəbul edib. İngiltərədə rəqibinə şok yaşadan (5:2) Madrid klubu bu oyunda da qalib gəlib – 1:0.
Beləliklə, “Mançester Siti”, “İnter”, “Bavariya”, “Milan”, “Çelsi”, “Benfika”, “Napoli” və “Real” 1/4 finalda mübarizə aparaxaq..
15 mart
00:00. “Napoli” (İtaliya) – “Ayntraxt” (Frankfurt, Almaniya) – 3:0
Qol: Osimhen, 45+2, 53, Zielinski, 64-pen.
İlk oyun – 2:0.
00:00. “Real” (Madrid, İspaniya) – “Liverpul” (İngiltərə) – 1:0
Qol: Benzema, 79
İlk oyun – 5:2
14 mart
00:00. “Portu” (Portuqaliya) – “İnter” (İtaliya) – 0:0
İlk oyun – 0:1
00:00. “Mançester Siti” (İngiltərə) – “Leyptsiq” (Almaniya) – 7:0
İlk oyun – 1:1
7 mart
“Çelsi” (İngiltərə) – “Borussiya” (Dortmund, Almaniya) – 2:0
İlk oyun – 0:1
“Benfika” (Portuqaliya) – “Brügge” (Belçika) – 5:1
İlk oyun – 2:0
8 mart
00:00. “Bavariya” (Almaniya) – PSJ (Fransa) – 2:0
İlk oyun – 1:0.
00:00. “Tottenhem” (İngiltərə) – “Milan” (İtaliya) – 0:0
İlk oyun – 0:1