Çempionlar Liqasında II təsnifat mərhələsinə yekun vurulub – Nəticələrbackend

Çempionlar Liqasında II təsnifat mərhələsinə yekun vurulub – Nəticələr

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinə yekun vurulub. “Report”un məlumatına görə, ikinci oyun günündə daha 9 cavab qarşılaşması keçirilib.

Azərbaycanın turnirdəki təmsilçisi “Neftçi” Yunanıstan “Olimpiakos”una səfərdə olduğu kimi, evdə də eyni hesabla uduzub – 0:1. “Olimpiakos” Çempionlar Liqasının III təsnifat mərhələsində Bolqarıstan “Lüdoqorets”i ilə üz-üzə gələcək. “Lüdoqorets” Sloveniya “Mura”sını iki oyunun yekununda mübarizədən kənarlaşdırıb – 0:0, 3:1.

“Qalatasaray” klubu isə Niderlandda 1:5 hesabı ilə uduzduğu PSV-yə Türkiyədə də uduzub – 1:2.

UEFA Çempionlar Liqası

II təsnifat mərhələsi, cavab oyunları

28 iyul

21:00. “Neftçi” (Azərbaycan) – “Olimpiakos” (Yunanıstan) – 0:1

İlk oyun – 0:1

21:00. “Şerif” (Moldova) – “Alaşkert” (Ermənistan) – 3:1

İlk oyun: 1:0

21:30. ÇFR (Rumıniya) – “Linkoln” (Cəbəllütariq) – 2:0

İlk oyun – 2:1

21:45. “Midtüllan” (Danimarka) – “Seltik” (Şotlandiya) – 2:1 (ƏLAVƏ VAXT – 1:0)

İlk oyun – 1:1

22:00. “Qalatasaray” (Türkiyə) – PSV (Niderland) – 1:2

İlk oyun – 1:5

22:00. “Lüdoqorets” (Bolqarıstan) – “Mura” (Sloveniya) – 3:1

İlk oyun – 0:0

22:15. “Yanq Boyz” (İsveçrə) – “Slovan” (Bratislava, Slovakiya) – 3:2

İlk oyun – 0:0

22:30. “Srvena Zvezda” (Serbiya) – “Kayrat” (Qazaxıstan) – 5:0

İlk oyun – 1:2

22:30. “Sparta” (Praqa, Çexiya) – “Rapid” (Vyana, Avstriya) – 2:0

İlk oyun – 1:1.

Beləliklə, Çempionlar Liqasının III təsnifat mərhələsində görüşəcəklər:

Çempionlar Yolu

“Dinamo” (Zaqreb, Xorvatiya) – “Legiya” (Varşava, Polşa)

ÇFR (Kluj, Rumıniya) – “Yanq Boyz” (İsveçrə)

“Olimpiakos” (Yunanıstan) – “Lüdoqorets” (Bolqarıstan)

“Srvena zvezda” (Serbiya) – “Şerif” (Moldova)

“Malmö” (İsveç) – “Reyncers” (Şotlandiya)

“Ferentsvaroş” (Macarıstan) – “Slaviya” (Praqa, Çexiya)

Liqa Yolu

PSV (Eyndhoven, Niderland) – “Midtüllan” (Danimarka)

“Spartak” (Moskva, Rusiya) vs “Benfika” (Portuqaliya)

“Genk” (Belçika) – “Şaxtyor” (Donetsk, Ukrayna)

“Monako” (Fransa) – “Sparta” (Praqa, Çexiya)

Qeyd edək ki, qarşılaşmalar 3-4 avqust və 10 avqustda təşkil olunacaq.