Çempionlar Liqasında ilk yarımfinalçı PSJ oldubackend

Çempionlar Liqasında ilk yarımfinalçı PSJ oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çempionlar Liqasının 1/4 final mərhələsinə start verilib.

Editor.az qol.az-a istinadən xəbər verir ki, ilk oyun günündə bir matç keçirilib. Lissabonun “Estadio da Luş” stadionunda “Atalanta” və PSJ üz-üzə gəlib.

Matçın 27-ci dəqiqəsində hesabı açan İtaliya klubu qələbəyə yaxın olsa da, Paris təmsilçisi görüşün sonlarında – 90 və 90+3-cü dəqiqədə vurduğu qollarla qalib gələrək yarımfinala çıxıb. Tomas Tuhelin komandası yarımfinalda bu gün keçirilən “Leyptsiq” (Almaniya) – “Atletiko” (Madrid, İspaniya) cütünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, PSJ tarixində ilk dəfə Çempionlar Liqasında yarımfinal oynayacaq.

12 avqust

“Atalanta” (İtaliya) – PSJ (Fransa) – 1:2
Qollar: Pasaliç, 27 (1:0), Markinyos, 90 (1:1), Çupo-Motinq, 90+3 (1:2)

13 avqust

23:00. “Leyptsiq” (Almaniya) – “Atletiko” (Madrid, İspaniya)

14 avqust

23:00. “Barselona” (İspaniya) – “Bavariya” (Almaniya)

15 avqust

23:00. “Mançester Siti” (İngiltərə) – “Lion” (Fransa)