Çempionlar Liqasında SENSASİYA!backend

Çempionlar Liqasında SENSASİYA!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyanın “Leypsiq” klubu Çempionlar Liqasının dörddəbir final matçında İspaniyanın “Atletiko” komandasını 2:1 hesabı ilə məğlub edib.

Qalib tərəfdən qolları Dani Olmo (51-ci dəqiqə) və Tayler Adams (88), “Atletiko”dan isə Joau Felish (70, penalti) vurublar.

“Leypsiq” Münhenin “Bavariya” və Dortmundun “Borussia”sından başqa 2011-ci ildən Çempionlar Liqasının yarımfinalına çıxan ilk alman komandasıdır.

Turnirin yarımfinalında “Leypsiq” İtaliyanın “Atalanta” komandasını 2:1 hesabı ilə məğlub edən Fransanın “Pari Sen Jermen”i ilə oynayacaq. Digər dörddəbir finallarda daha sonra Almaniyanın “Bavariya” və İspaniyanın “Barselona”, eləcə də İngiltərənin “Mançester Siti” və Fransanın “Lion” klubları görüşəcəklər.

//Trend