Çempionlar Liqasında SENSASİYAbackend

Çempionlar Liqasında SENSASİYA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sentyabrın 15-də futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsinin birinci turun növbəti oyunları keçirilib.

Editor.az Trend-ə istinadən bildirir ki, Türkiyənin turnirdəki yeganə təmsilçisi “Beşiktaş” Almaniyanın “Borussiya Dortmund” komandasını qəbul edib.

Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb. Dortmund təmsilçisinin heyətində Djud Bellinqhen və Erlinq Holanda, meydan sahiblərinin isə Fransisko Montero fərqləniblər.

Bu qrupun digər görüşündə Niderland təmsilçisi “Ayaks” Portuqaliyada “Sportinq”in qonağı olacaq. Həmin görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Gecənin digər erkən başlayan görüşündə Moldovanın “Şerif” klubu öz meydanında sensasiya edərək özündən daha güclü olan Ukraynanın “Şaxtyor Donetsk” komandasını iki cavabsız qolla məğlub edib.

UEFA Çempionlar Liqası
Qrup mərhələsi, I tur
15 sentyabr

A qrupu

23:00. “Mançester Siti” (İngiltərə) – “Leyptsiq” (Almaniya)

23:00. “Brügge” (Belçika) – PSJ (Fransa)

B qrupu

23:00. “Atletiko” (Madrid, İspaniya) – “Portu” (Portuqaliya)

23:00. “Liverpul” (İngiltərə) – “Milan” (İtaliya)

C qrupu

“Beşiktaş” (Türkiyə) – “Borussiya” (Dortmund, Almaniya) 1:2
Qol: Montero, 90+4 – Bellingem, 20. Haland, 45+3.

23:00. “Sportinq” (Portuqaliya) – “Ayaks” (Niderland)

D qrupu

“Şerif” (Moldova) – “Şaxtyor” (Donetsk, Ukrayna) 2:0
Qol: A.Traore, 16. Yansane, 62.

23:00. “İnter” (İtaliya) – “Real Madrid” (İspaniya)