Çempionlar Turu: Rəcəbov Aronyana qalib gəlib, Məmmədyarov uduzubbackend

Çempionlar Turu: Rəcəbov Aronyana qalib gəlib, Məmmədyarov uduzub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun final mərhələsində V turun görüşləri keçirilir.

Bu turda Azərbaycan təmsilçilərindən Teymur Rəcəbov Ermənistan təmsilçisi Levon Aronyanla, Şəhriyar Məmmədyarov isə rusiyalı Vladislav Artemyevlə qarşılaşıb.

Birinci, üçüncü və dördüncü partiyalarda heç-heçə edən Rəcəbov ikinci qarşılaşmada rəqibini mat edərək, 2,5:1,5 hesablı qələbə qazanıb.

Məmmədyarov isə startda uğursuzluqla üzləşsə də, bir məğlubiyyət və bir heç-heçədən sonra üçüncü görüşdə qələbə sayəsində hesabı bərabərləşdirib. Lakin dördüncü partiyada da Artemyevlə bacarmayan 36 yaşlı qrossmeyster yekunda məğlub olub – 1,5:2,5.

Çempionlar Turu
Final mərhələsi
V tur

Şəhriyar Məmmədyarov (AZƏRBAYCAN) – Vladislav Artemyev (Rusiya) – 1,5:2,5

Levon Aronyan (Ermənistan) – Teymur Rəcəbov (AZƏRBAYCAN) – 1,5:2,5

Yan-Kşiştof Duda (Polşa) – Maksim Vaşye-Laqrav (Fransa) – 1,5:2,5

Maqnus Karlsen (Norveç) – Hikaru Nakamura (ABŞ) – 2,5:0,5

Uesli So (ABŞ) – Aniş Giri (Niderland) – 3,5:2,5

Xal durumu: Maqnus Karlsen – 26,5 xal, Uesli So – 21,5 xal, Teymur Rəcəbov – 15 xal, Levon Aronyan – 15 xal, Hikaru Nakamura – 12 xal, Maksim Vaşye-Laqrav – 11,5 xal, Vladislav Artemyev – 11,5 xal, Aniş Giri – 10,5 xal, Şəhriyar Məmmədyarov – 5,5 xal, Yan-Kşiştof Duda – 5 xal.

Qeyd edək ki, sentyabrın 30-da oynanılacaq VI turda Rəcəbov So ilə, Məmmədyarov isə Nakamuro ilə qarşılaşacaq.

//Report