Çempionumuz” sosial idman layihəsinin növbəti görüşü baş tutubbackend

Çempionumuz” sosial idman layihəsinin növbəti görüşü baş tutub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

02 dekabr 2021-ci il tarixdə Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və “Azərbaycan İdman Könüllüləri” İctimai birliyinin birgə təsdiq etdiyi əsasnaməyə uyğun olaraq “Çempionumuz” sosial idman layihəsinin növbəti görüşü Gəncə şəhər 28 nömrəli tam orta məktəbdə baş tutub.

Layihənin növbəti qonağı aikido idman növü üzrə 5 Dan qara kəmər sahibi Ramin Yuifov və qızı Kombat Ciu-Citsu üzrə dünya çempionu Fidan Yusifova olub.Görüşdə Ramin Yusifov öz idman həyatı və idmana necə gəlməsi barədə şagirdlərə məlumat verdi, şagirdlərə idmanla məşğul olmağı,pis vərdişlərdən uzaq durmağı tövsiyə edib və onları maraqlandıran suallara ətraflı cavab verib. Sonda isə müəllimlər və şagirdlər idmançılarla xatirə şəkilləri çəkdiriblər.