Cen Psaki: Biz Rusiya iqtisadiyyatını darmadağın etdikbackend

Cen Psaki: Biz Rusiya iqtisadiyyatını darmadağın etdik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağ Evin mətbuat katibi Cen Psaki ABŞ-ın öz müttəfiqləri ilə birlikdə Ukraynadakı hərbi əməliyyatlara cavab olaraq sanksiyalarla Rusiya iqtisadiyyatını tamamilə darmadağın etdiklərini söyləyib.

Bu barədə Editor.az “RİA Novosti”yə istinadən xəbər verir. Psaki deyib: “Oyunun sonunun nə olacaq” – ilk növbədə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə ünvanlanan bir sualdır.. Biz onun iqtisadiyyatını tamamilə darmadağın etdik. Biz ukraynalılara hərbi və humanitar yardım göstərməklə, onlara bu savaşda daha uzun müddətli müqavimət göstərmək imkanı verdik. İndiki halda o (Putin), qarşıdakı yolun onun üçün necə görünəcəyini yenə də özü müəyyən etməlidir”.-deyə fikirlərini yekunlaşdırıb.

  Editor.az