Cen Psaki: Rusiya müharibəni artıq uduzubbackend

Cen Psaki: Rusiya müharibəni artıq uduzub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya hakimiyyət orqanlarının işğala başlamazdan əvvəl qarşıya qoyduqları bütün məqsədləri artıq puça çıxıb. Editor.az xəbər verir ki, bunu Vaşinqtonda keçirdiyi brifinqdə Ağ Evin mətbuat katibi Cen Psaki bildirib.

“Rusların qələbəni özləri üçün necə təyin etdiklərini qeyd etmək və yaddan çıxarmamaq vacibdir. Onlar böyük ölçüdə artıq uduzdular”, – Bayden administrasiyasının sözçüsü deyib. O, izah edib ki, Kreml Ukrayna ərazisinin əhəmiyyətli hissəsini, o cümlədən şimalını ələ keçirməyi planlaşdırsa da, buna nail ola bilməyiblər. “Putin Kiyev küçələrində yürüş keçirə bilməyəcək.

Onlar bu ölkənin ərazi bütövlüyünü və suverenliyini poza bilməyəcəklər. Və onlar NATO-nu parçalaya bilmədilər”, – Psaki vurğulayıb. Ağ Evin mətbuat katibi vurğulayıb ki, indiki mərhələdə ABŞ həm silah yardımı ilə, həm də Ukrayna tərəfininin istənilən ehtiyaclarını təmin etməklə, danışıqlar masası arxasında onun mövqeyini möhkəmləndirməyə səylər göstərir. Xatırladaq ki, Co Bayden bildirib ki, ABŞ Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini istisna etmir və bu məsələni digər G7 ölkələri ilə müzakirə etməyi planlaşdırır.

  Editor.az