Fransa Liqa 1-də mübarizə aparan “Marsel”in türk oyunçusu Cengiz Ünder klubla yeni müqaviləyə imza atmağa hazırlaşır.
Editor.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, icarə əsasında “Marsel”də oynayan futbolçunun transfer hüquqları İtaliyanın “Roma” klubuna məxsusdur. Artıq fransızlar İtalyan klubu ilə danışıqlara başlayıb. Onlar Roma klubu ilə imzaladıqları müqavilədəki “transfer” hüququndan istifadə edəcəklər. Həmin müqavilədə transfer məbləği 8.5 milyon avro göstərilib. Razılaşmaya əsasən bu vəsaitin 20%-i İtaliya təmsilçisinə ödəniləcək.
Artıq “Marsel” klubunun prezidenti Pablo Lonqoria da Cengiz Ünderlə 5 illik müqavilənin imzalanacağını bəyan edib.
Qeyd edək ki, Cari mövsüdə 32 rəsmi matça çıxan Ünder 9 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
//Nəzərbəy Hacıağayev, Editor.az

