Cennifer Lopez mini paltarda pozlar verdi – FOTOLARbackend

Cennifer Lopez mini paltarda pozlar verdi – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

50 yaşlı pop-ulduz Cennifer Lopez qeyri-adi fotosessiyadan görüntüləri paylaşıb. Batut üzərində tullanan müğəninin maraqlı şəkilləri hər kəs tərəfindən rəğbətlə qarşılanıb.

“Cosmopolitan”ın məlumatına görə, müğənni bunu pandemiya dövründə insanlarda müsbət əhval yaratmaq üçün etdiyini deyib.
O, bir çoxları kimi, dünyadakı mövcud vəziyyətə görə çətin anlar keçirdiyini etiraf edib, ancaq ruhdan düşməmək üçün özünə yol tapdığını da vurğulayıb.

“Səhər minnətdar olduğum üç şeyi söyləməyə vərdiş etdim. Yatmazdan əvvəl isə gün ərzində baş verən üç yaxşı hadisəni səsli halda xatırlayıram… Bu, pozitiv qalmağıma kömək edir”, – deyə ulduz bildirib.

Cennifer Lopez mini paltarda pozlar verdi - FOTO

Cennifer Lopez mini paltarda pozlar verdi - FOTO

//big.az