Cənub qonşumuz işğaldan azad edilmiş ərazilərimizin bərpasına investisya yatırmaqda niyə bu qədər maraqlıdır?-AÇIQLAMA  backend

Cənub qonşumuz işğaldan azad edilmiş ərazilərimizin bərpasına investisya yatırmaqda niyə bu qədər maraqlıdır?-AÇIQLAMA  

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağın işğalı və ondan əvvəlki dövrdə İranın 80-dən çox şirkəti, hüquqi və fiziki şəxsləri işğal altında olan Azərbaycan ərazilərində fəaliyyət göstərmək üçün qeydiyyatdan keçmişdilər. Sonradan məlum oldu ki, bu şirkətlər həmin ərazilərdə quruculuq işləri ilə deyil, daha çox dağıdıcılıq fəaliyyəti ilə məşğul olublar. İşğal altında olan ərazilərdəki yaşayış binalarının, evlərin,  məktəblərin, uşaq bağçalarının, xəstəxanaların dağıdılmasında İran şirkətlərinin rolu olduğu da məlumdur”.

Bu sözləri Editor.aza açıqlamasında   “Orta doğu” Araşdırmalar Mərkəzinin sədri, iranşünas-politoloq Sədrəddin Soltan deyib.

Onun sözlərinə görə, postmüharibə dövründə torpaqlarını işğaldan azad edən Azərbaycan qonşu dövlətlərə, İslam Əməkdaşlıq  Təşkilatına üzv olan bütün ölkələrə müraciət edərək bildirib ki, Qarabağın bərpasında iştirak etsinlər:

” Bununla da Azərbaycan tərəfi İƏT-na üzv, eləcə də Cənubi Qafqazda təhlükəsizlik və ərazi bütövlüyünün qorunmasında maraqlı olan dövlətlər və qüvvələr arasında əməkdaşlıq yaratmaq istəyir. Fikrimcə, İran tərəfinə də oxşar təklif edilib və İranın işğaldan azad edilmiş ərazilərə investisiya yatırmaq imkanları yaradılıb. Bu, Azərbaycanın İran dövlətinə qarşı xoşməramlılığından xəbər verir. İran da bundan əvvəl bəyan etmişdi ki, Qarabağda fəaliyyət göstərməyə hazırdır . Diqqət etsəz, İran şirkətləri Bakıda yaşayış binalarının tikintisində də iştirak edirlər.  Yəni, Azərbaycanla İran arasında belə bir təcrübə var. Hesab edirəm ki, İran tərəfi  işğaldan azad olmuş ərazilərimizdə bu istiqamətdə tikinti işləri ilə məşğul ola bilərlər. Bu, iki qonşu dövlət arasında əməkdaşlıq əlaqələrinin güclənməsinə xidmət edəcək. İran da çox güman ki, əvvəllər buraxdığı səhvləri düzəltmək, Azərbaycanın etibar və etimadını qazana bilmək üçün regional quruculuq layihəsində iştirak etmək istəyir. Həm də xeyli gəlir əldə edəcək”.

//Gülnarə Abasova, Editor.az