ABŞ prezidenti Donald Trampın boykot qərarına baxmayaraq, Cənubi Afrika hökuməti G20 sammitinin planlaşdırıldığı kimi keçiriləcəyini və mühüm qərarların qəbul ediləcəyini bildirib.
Editor.az xəbər verir ki, ABŞ mediasına açıqlama verən Cənubi Afrika rəsmisi noyabrın 22-23-də Yohannesburqda baş tutacaq sammitdə qlobal maliyyə arxitekturasının yenidən qurulması və digər vacib istiqamətlər üzrə irəliləyişə nail olunacağına inandıqlarını deyib.
Cənubi Afrikanın xarici işlər naziri Ronald Lamola Yohannesburqda keçirilən “Bloomberg Africa Business Summit”də çıxış edərək bildirib:
“Biz burada iştirak edən ölkələrin qərar qəbul edib ortaq bəyanat irəli sürə biləcəyinə inanırıq. ABŞ-ın iştirak etməməsi G20-nin fəaliyyətini iflic etmir və prosesə mane olmur”.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Cənubi Afrikada insan haqları ilə bağlı irəli sürülən iddiaları əsas gətirərək, Yohannesburq sammitində ABŞ hökumətini heç bir rəsmisinin təmsil etməyəcəyini açıqlayıb.
Tramp bildirib: “G20-nin Cənubi Afrikada keçirilməsi tamamilə biabırçılıqdır. Afrikalılar qətlə yetirilir, torpaqları və təsərrüfatları qeyri-qanuni şəkildə müsadirə olunur. Bu insan haqları pozuntuları davam etdiyi müddətdə ABŞ rəsmiləri sammitdə iştirak etməyəcək. Mən isə 2026-cı il G20 sammitinin Florida ştatının Mayami şəhərində keçirilməsini səbirsizliklə gözləyirəm”.
//Gülnarə Abasova, Editor.az

