Cənubi Afrika Respublikası (CAR) Emmanuel Makronun arzusunu gözündə qoydubackend

Cənubi Afrika Respublikası (CAR) Emmanuel Makronun arzusunu gözündə qoydu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Emmanuel Makron cənubi afrikalı həmkarından xahiş etsə də, onu BRİKS sammitinə dəvət etməyiblər.

Editor.az bildirir ki, bunu CAR-ın xarici işlər naziri Naledi Pandor deyib. Xanım Pandor jurnalistlərə bildirib ki, “İndiki halda heç bir dəvət göndərilməyib”.

BRİKS beş dövlətin dövlətlərarası birliyidir: Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika. BRİKS sammitlərində adətən beş iştirakçı ölkənin liderləri iştirak edir. Fransa prezidenti dəvət alsaydı o, bu sammitdə iştirak edən ilk Qərb lideri olacaqdı. İyunun 19-da mətbuat konfransında çıxış edən Cənubi Afrikanın xarici işlər naziri deyib ki, “dəvət masadan kənarda deyil”, lakin yekun qərar Cənubi Afrika prezidenti Siril Ramafosadadır.

Bundan əvvəl media Emmanuel Makronun sammitə dəvət tələbi ilə cənab Ramafosaya müraciət etdiyini yazmışdı. Lakin nə Fransa, nə də Cənubi Afrika hakimiyyəti bu xəbəri təsdiqləməyib. Xatırladaq ki, sammitə Çin, Braziliya və Cənubi Afrikanın liderləri, Rusiyadan isə xarici işlər naziri Sergey Lavrov gələcək.

Çünki Rusiya prezidenti Vladimir Putin Cənubi Afrika Respublikasında Beynəlxalq Cinayət Məhkəməsinin orderi əsasında həbs oluna bilər.

 //Samir Qurbanov, Editor.az