Cənubi Afrikada arılar nəsli kəsilməkdə olan 63 pinqvini öldürübbackend

Cənubi Afrikada arılar nəsli kəsilməkdə olan 63 pinqvini öldürüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Afrikanın Sahil Quşlarını Qoruma Vəqfindən verilən məlumata görə, Cənubi Afrikanın paytaxtı Cape Town kənarında sahildə bir arı sürüsü nəsli kəsilməkdə olan 63 Afrika pinqvinini öldürüb.

Editor.az xarici mediaya istinadən xəbər verir ki, qorunan quşlar, pinqvin koloniyasına ev sahibliyi edən Cape Town yaxınlığındakı Simon’s Town adlı kiçik bir şəhərdə ölü və yarılmış vəziyyətdə tapılıb.

Vəqfin baytarı David Roberts, “Testlərdən sonra pinqvinlərin gözlərinin ətrafında arı sancmalarının olduğunu gördük. Bu çox nadir bir haldır. Pinqvinlər yox olmaq təhlükəsi ilə üzləşdikləri üçün bu şəkildə ölməməlidirlər. Qorunan bir növlərdir”- deyib. Cənubi Afrikanın sahillərində və adalarında yaşayan Afrika pinqvinləri Beynəlxalq Təbiəti Qoruma Birliyinin qırmızı siyahısındadır.

//Gülnarə Abasova, Editor.az