Cənubi Afrikada meşə yanğını: 6 yanğınsöndürən həlak olubbackend

Cənubi Afrikada meşə yanğını: 6 yanğınsöndürən həlak olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fövqəladə Hallar Xidmətinin sözçüsü Roland Robertson bazar günü Durban şəhərinin Boston qəsəbəsinin yaxınlığında baş verən yanğında 6 yanğınsöndürənin alovları söndürməyə çalışarkən öldüyünü açıqlayıb.

Yanğınsöndürənlərin ölümü ilə keçən həftədən bəri meşə yanğınlarında ölənlərin sayı 13-ə yüksəlib. Yanğınlarda 14 min hektardan çox ərazi və 196 ev külə dönüb. 1600 heyvan da tələf oldu.

//Samir Qurbanov, Editor.az