Cənubi Afrikada meymun çiçəyi virusundan ikinci ölüm hadisəsi qeydə alınıbbackend

Cənubi Afrikada meymun çiçəyi virusundan ikinci ölüm hadisəsi qeydə alınıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Afrikada çiçək xəstəliyinə bənzər meymun çiçəyi virusundan bir nəfərin daha ölümü ilə ölənlərin sayı 2-yə yüksəlib.

Editor.az xəbər verir ki, Cənubi Afrika Səhiyyə Nazirliyindən verilən açıqlamada meymun çiçəyi virusuna yoluxan daha bir xəstənin öldüyü bildirilib. Bildirilib ki, yayılan yaralar, baş ağrısı, halsızlıq, ağızda yaralar, əzələ və boğaz ağrısı şikayətləri ilə dünən xəstəxanaya müraciət etdikdən sonra analizi müsbət çıxan 38 yaşlı xəstə elə həmin gün dünyasını dəyişib. Belə ki, meymun çiçəyi virusundan ölənlərin sayının 2-yə, yoluxma sayının isə 6-ya yüksəldiyi qeydə alınıb.

Qeyd edək ki, Cənubi Afrikanın Səhiyyə Naziri Joe Phaahla dünən 37 yaşlı bir kişinin meymun çiçəyi virusundan öldüyünü açıqlayıb və bu, virusdan qeydə alınan ilk ölüm oldu.

//Gülnarə Abasova, Editor.az