Cənubi Çin dənizində iki Çin gəmisi toqquşubbackend

Cənubi Çin dənizində iki Çin gəmisi toqquşub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Filippin gəmisini təqib edən Çin Sahil Mühafizəsinin qayığı Cənubi Çin dənizində Huangyan adası (Skarboro rifi) yaxınlığında Çin hərbi gəmisi ilə toqquşub.

Editor.az bu barədə Manila Bulletin-ə istinadla xəbər verir.

Filippin Sahil Mühafizəsinin İctimaiyyətlə Əlaqələr Mütəxəssisi Cey Tarriela bildirib ki, hadisə humanitar yardım missiyası zamanı baş verib. Filippin gəmiləri mübahisəli qayalıqda balıqçılara yardım paylayarkən Çin gəmilərinin təhlükəli manevrləri və blokadaları ilə qarşılaşıblar.

Çin Sahil Mühafizəsinin qayığı su şırnaqlarından istifadə edərək Filippin gəmisini təqib edərkən daha böyük Çin dəniz gəmisi ilə toqquşub və hər iki gəmiyə ziyan dəyib.

Xalq Azadlıq Ordusunun (AXO) Cənub Bölgəsi Döyüş Komandanlığının sözçüsü Tian Junli may ayında Çin ordusunun Pekin və Manila arasında ərazi mübahisəsinin predmeti olan Huangyan adasına (Skarboro rifi) Filippin patrul gəmisinin girməsinin qarşısını aldığını bildirib.

O, Çin ordusunun hərəkətlərini peşəkar və hüquqi cəhətdən qiymətləndirib.

//Gülnarə Abasova, Editor.az