Cənubi Kipr 2027-ci ildə ATƏT-ə sədrlik etmək istəyirbackend

Cənubi Kipr 2027-ci ildə ATƏT-ə sədrlik etmək istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kipr 2027-ci il üçün Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) sədrliyə namizədliyini rəsmən bəyan edib.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə Cənubi Kipr hökumətinin sözçüsü Konstantinos Letimpiotis deyib.

Bundan əlavə, Letimpiotis xarici işlər naziri Konstantinos Kombosun 4-6 dekabr 2024-cü il tarixləri arasında paytaxt Vallettada keçiriləcək. ATƏT-in nazirlər toplantısında iştirak etmək üçün çərşənbə günü Maltaya gedəcəyini açıqlayıb. “Xarici işlər naziri Maltada olarkən həmkarları ilə bir sıra təmaslar keçirəcək”, – Letimpiotis bildirib. Vallettada Rusiya xarici işlər naziri Sergey Lavrovun iştirakı ilə ATƏT Xarici İşlər Nazirləri Şurasının 31-ci iclası keçiriləcək.

//Gülnarə Abasova, Editor.az