Bütün Cənubi Kipr polisi xəbərdar edilib. Ölkənin hər yerində otellərə, xəstəxanalara və şəhər mərkəzlərinə edilən bomba hədələri qorxulu anlara səbəb olub.
Editor.az xarici mediaya istinadla xəbər verir ki, polis qrupları hadisələri nəzarət altına almaq üçün genişmiqyaslı əməliyyat başlayıb. Cənubi Kipr polisi ölkə daxilində çoxsaylı bomba təhdidlərindən sonra həyəcan siqnalı verib. Yunan mətbuatının verdiyi məlumata görə, bildirişlər xüsusilə otelləri, xəstəxanaları və şəhər mərkəzlərini hədəf alır. Təhlükəsizlik qüvvələri xəbərlərin daxil olduğu bütün bölgələrdə intensiv araşdırmalara başlayıb.
Bomba təhdidlərinin ən çox edildiyi yerlər arasında lüks otellər, sıx xəstəxanalar və izdihamlı şəhər mərkəzləri var. Polis bu ərazilərə təxliyə və təhlükəsizlik tədbirləri üçün əlavə qüvvələr cəlb edib.
//Gülnarə Abasova, Editor.az

