Cənubi Koreya ABŞ hərbçilərinin ölkədə saxlanmasına xərcləri artıracaqbackend

Cənubi Koreya ABŞ hərbçilərinin ölkədə saxlanmasına xərcləri artıracaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ və Cənubi Koreya nümayəndələri birgə müdafiə xərclərinin paylaşması ilə bağlı danışıqlarda razılığa gəliblər.

Seul Amerika qoşunlarının saxlanılması üçün vəsaiti artırır. Vəsaitin nə qədər təşkil edəcəyi barədə məlumat verilməyib.

Vaşinqton 2018-ci ildən Seuldan ABŞ-ın Cənubi Koreyada yerləşdirilən 28 000-lik kontingentinin saxlanılması üçün vəsaitlərin artırılmasını tələb edir. Belə ki, Cənubi Koreyanın 2019-cu ildəki ortaq müdafiə xərcləri 8,2 faiz, yəni 915 milyon dollara qədər artırılıb. Eyni ilin noyabrında Vaşinqtonun Seul tərəfinin ayırdığı vəsaitlərin təxminən 5 dəfə, yəni 4,7 milyard dollara qədər artırmasını tələb etdiyi bildirilir.

//Trend