Cənubi Koreya, ABŞ və Yaponiya birgə hərbi təlimlərə başlayıbbackend

Cənubi Koreya, ABŞ və Yaponiya birgə hərbi təlimlərə başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Koreya, ABŞ və Yaponiya Şərq dənizində birgə üçtərəfli təlimlərə başlayıb.

Editor.az xəbər verir ki, bu barədə Koreya mətbuatı Hərbi Dəniz Qüvvələrinə istinadən məlumat verib.

Qeyd olunur ki, Cənubi Koreya, ABŞ və Yaponiyanın Şimali Koreyanın təxribatçı hərəkətləri fonunda təhlükəsizlik sahəsində koordinasiyanı gücləndirmək qərarına gəldiyi bildirilir. Bunlara aprelin 13-də bərk yanacaqla işləyən ballistik raketin buraxılışı daxildir. Təlimdə kompüter simulyasiyalarından istifadə etməklə ballistik raket hədəflərinin aşkarlanması və izlənilməsi prosedurları həyata keçiriləcək. Ölkələr həmçinin informasiya mübadiləsində koordinasiyanı təkmilləşdirəcəklər.

Qeyd edək ki, dövlətlər sonuncu dəfə fevral ayında bu formatda üçtərəfli təlimlər keçiriblər.

//Gülnarə Abasova, Editor.az