Cənubi Koreya daha 682 növ məhulun Rusiya və Belarusa tədarükünə qadağa qoydubackend

Cənubi Koreya daha 682 növ məhulun Rusiya və Belarusa tədarükünə qadağa qoydu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Koreya hökuməti avtomobillər də daxil olmaqla, Rusiya və Belarusa daha 682 növ malın tədarükünü qadağan edəcək.

Editor.az bildirir ki, bu barədə Cənubi Koreyanın Ticarət, Sənaye və Energetika Nazirliyi xəbər verir.

Cənubi Koreyanın səlahiyyətli orqanları ixraca nəzarət siyahısında müvafiq dəyişikliklər edib və bu siyahısı 1159 mal növünə qədər artıb. Dəyişikliklər 2024-cü ilin əvvəlindən qüvvəyə minəcək. İxracı qadağan edilən mallara aşağıdakılar daxildir:
ağır tikinti texnikası,
təkrar doldurulan batareyalar,
aviasiya avadanlığı üçün komponentlər,
mühərrikin həcmi 2000 kub.sm. kubmetrdən çox olan minik avtomobilləri.

Qeyd edək ki, Cənubi Koreya 2022-ci ildən Rusiyaya qiyməti 50 min dollardan çox olan avtomobillərə məhdudiyyətlər qoyub. 2023-cü ilin iyun ayında Avropa İttifaqı mühərrik həcmi 1,9 litrdən çox olan bütün yeni və işlənmiş avtomobillərin, elektriklə işləyən avtomobillərin və hibrid avtomobillərin Rusiyaya ixracını qadağan edib.

Yaponiya da eyni qadağanı tətbiq edib. Federal Gömrük Xidməti, 2023-cü ilin birinci yarısında Uzaq Şərqdən Cənubi Koreya və Yaponiyadan rekord sayda – 130 min avtomobilin gətirildiyini bildirib.

//Samir Qurbanov, Editor.az