Cənubi Koreya hökuməti Ukraynaya hərbi dəstəyi artırmaq imkanını nəzərdən keçirir.
İddia olunur ki, Cənubi Koreya hakimiyyəti Ukraynaya birbaşa ölümcül yardım göstərməkdən imtina siyasətindən tədricən çəkilə bilər. Səbəb “Şimali Koreya əsgərlərinin Rusiyaya göndərilməsi” ilə bağlı məlumatlar olub.
Editor.az bildirir ki, bu barədə “Yonhap” xəbər verib. Agentliyin həmsöhbətinin sözlərinə görə, müdafiə silahlarının tədarükü öldürücü silahların tədarükünə üstünlük verəcək. Hətta onlar öldürücü silahlarla təmin etmək qərarına gəlsələr belə, Cənubi Koreya ilk növbədə dolayı təchizat imkanlarını nəzərdən keçirəcək. “Şimali Koreya ilə Rusiya arasında hərbi əməkdaşlıq əlamətləri aşkar olunarsa, mərhələli şəkildə cavab tədbirləri görüləcək”, – mənbə bildirib.
Bundan əlavə, agentlik Cənubi Koreyanın da Ukraynaya Şimali Koreyanın hərbi taktikası üzrə bir qrup kəşfiyyatçı və mütəxəssis göndərə biləcəyini təsdiqləyib. Bu barədə bir gün əvvəl “Newspim” portalı məlumat yayıb.
//Samir Qurbanov, Editor.az

