Cənubi Koreya ikinci dəfə kosmosa ilk yerli “Nuri” raketini göndəribbackend

Cənubi Koreya ikinci dəfə kosmosa ilk yerli “Nuri” raketini göndərib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Koreya yerli istehsal olan “Nuri” raketini ikinci dəfə kosmosa göndərib. Editor.az “Yonhap” agentliyinə istinadən xəbər verir ki, 2021-ci ildə 1.5 ton süni peykin orbitə çıxarılması uğursuzluqla nəticələnmişdi ve raket ikinci dəfə Qoheung-gun şəhərindəki Naro Kosmik Mərkəzindən göndərilib. Missiya uğurlu olarsa, Cənubi Koreya öz texnologiyası ilə kosmosa peyk buraxan 7-ci ölkə olacaq.

Koreya Kosmik Tədqiqatlar İnstitutu (KARI) “Nuri” raketinin 2027-ci ilə qədər daha dörd dəfə kosmosa göndəriləcəyini açıqlayıb.

Raketin dəyərinin 1.6 milyard dollar olduğu təxmin edilir. Çəkisi 200 ton, uzunluğu 47,2 metr olan raketin 6 mühərriki var.

//Nəzərbəy Hacıağayev, Editor.az