Cənubi Koreya ilə Yaponiya arasında “buzlar əriyir”backend

Cənubi Koreya ilə Yaponiya arasında “buzlar əriyir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Koreya və Yaponiya liderləri ikitərəfli münasibətlərdə “yeni səhifə” açıblar. Onlar müntəzəm səfərləri bərpa etmək, ticarət və digər sahələrdə uzun illər davam edən gərginliyi azaltmaq barədə razılığa gəliblər.

Editor.az xəbər verir ki, bu barədə Cənubi Koreya prezidenti Yun Suk-Yeol və Yaponiyanın baş naziri Fumio Kişida arasında Tokioda keçirilən nadir sammit zamanı elan edilib. Cənubi Koreya prezidenti deyib: “Baş nazir Kişida ilə bugünkü görüş xüsusi əhəmiyyət kəsb edir, çünki iki ölkənin xalqlarına bir sıra həll olunmamış problemlərə görə çətin dövrlər yaşayan Cənubi Koreya ilə Yaponiya arasında münasibətlər yeni başlanğıc nöqtəsinə çatıb”.

Yaponiya baş naziri Kişida isə “yazın gəlişini hiss etdiyimiz bu gündə Yaponiya və Cənubi Koreya arasında gələcəyə yönəlmiş münasibətlərin yeni fəslinə başlamaqdan” çox məmnun olduğunu bildirib. Cənubi Koreyanın Ticarət Nazirliyi bildirib ki, Yaponiya Cənubi Koreyaya əsas yarımkeçirici komponentlərin ixracına qoyulan məhdudiyyətləri aradan qaldırmağa razılaşıb. Cənubi Koreya isə bunun müqabilində ÜTT-yə verdiyi müvafiq şikayəti geri götürəcəyini deyib. İki lider, həmçinin bir-birinin ölkələrinə müntəzəm səfərləri bərpa etmək barədə razılığa gəliblər. “Mekik diplomatiyası” adlandırılan bu cür səfərlər 2011-ci ildən dayandırılıb.

  //Samir Qurbanov,Editor.az