Cənubi Koreya lideri NATO sammitində Rusiya ilə Şimali Koreya arasında əməkdaşlıq məsələsini qaldıracaqbackend

Cənubi Koreya lideri NATO sammitində Rusiya ilə Şimali Koreya arasında əməkdaşlıq məsələsini qaldıracaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Koreya prezidenti Yoon Seok-yeol ABŞ-da keçiriləcək NATO sammitində Şimali Koreya ilə Rusiya arasında hərbi əməkdaşlığın artırılması ilə bağlı narahatlığını ifadə edəcək.

Editor.az bu barədə Yonhap agentliyinə istinadla xəbər verir. “Biz Rusiya və Şimali Koreya arasında hərbi əməkdaşlığa güclü siqnal göndərəcəyik və NATO müttəfiqləri arasında əməkdaşlığın gücləndirilməsi yollarını müzakirə edəcəyik”, – deyə milli təhlükəsizlik üzrə müşavirin birinci müavini Kim Tae-hye brifinqdə bildirib.

Bundan əvvəl Yun Seok-yeol Reuters agentliyinə demişdi ki, Rusiya iki Koreyadan hansı ilə münasibətləri inkişaf etdirəcəyini seçməlidir. Prezident qeyd edib ki, Moskva ilə Pxenyan arasında hərbi əməkdaşlıq Koreya yarımadasında və Avropada sülh və təhlükəsizliyi təhdid edir.

Cənubi Koreya hökuməti Rusiya və Şimali Koreyanın iyunun 19-da imzaladığı Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsinə cavab olaraq Kiyevə öldürücü silahların tədarükü ilə bağlı mövqeyinə yenidən baxacaq. Rusiya prezidenti Vladimir Putin Seulun bu addımı barədə xəbərdarlıq edərək, silah tədarükünün səhv olacağını bildirib. Onun fikrincə, Cənubi Koreya buna baxmayaraq, onunla razılaşarsa, Moskva respublikanın hazırkı rəhbərliyini razı sala bilməyən müvafiq qərarlar qəbul edəcək.

//Gülnarə Abasova, Editor.az