Cənubi Koreya polisi Fransada olduğu kimi Telegram messencerinə qarşı araşdırmaya başlayıb.
Editor.az bildirir ki, bu barədə hüquq-mühafizə orqanlarının əməkdaşlarına istinadən “Yonhap” xəbər agentliyi məlumat yayıb. Milli Polis Təhqiqat Departamentinin rəhbəri Co Su “şübhələr cinayətin asanlaşdırılması, bu halda saxta videoların yayılması və digər cinayətlərlə bağlıdır” deyib. Hüquq-mühafizə orqanlarının əməkdaşları qeyd edirlər ki, müəyyən çətinliklər var, çünki Telegram onlara bəzi məlumatları, məsələn, hesablar haqqında məlumat vermir.
“Bu o demək deyil ki, biz ümumiyyətlə Telegram-dan istifadə edən cinayətkarları saxlamamışıq. Bizim öz araşdırma üsullarımız var və biz mümkün olan hər şeyi edirik”, – deyə polis vurğulayıb.
//Samir Qurbanov, Editor