Cənubi Koreya Rusiya və Belarusa qarşı ixrac nəzarətini gücləndirəcəkbackend

Cənubi Koreya Rusiya və Belarusa qarşı ixrac nəzarətini gücləndirəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Koreya Rusiya və Belarusa qadağan olunmuş tədarük siyahısında olan malların ixracına nəzarəti gücləndirməyi planlaşdırır.

Editor.az bu barədə Yonhap-a istinadla xəbər verir. Cənubi Koreyanın Ticarət, Sənaye və Energetika Nazirliyi, nəzarətdən yayınma cəhdlərinin və arxa qapı marşrutları ilə daşınmaların artması səbəbindən ixrac nəzarətini gücləndirəcəyini bildirib. Ölkənin hakimiyyət orqanları qeyri-qanuni ixracın qarşısını almaq üçün nəzarətə götürülən malların yeni siyahısı barədə ixracatçıları fəal şəkildə məlumatlandırmağı planlaşdırır. Keçən həftə Rusiya və Belarusa çatdırılması qadağan edilən mallar siyahısına hərbi təyinatlı və ya hərbi məqsədlər üçün istifadə olunma ehtimalı olan 682 məhsul əlavə edilib. Bununla da siyahıdakı maddələrin ümumi sayı 1159-a çatıb.

//Gülnarə Abasova, Editor.az