Cənubi Koreya Rusiya və Belarusiyaya ixracı qadağan edilən malların siyahısını genişləndiribbackend

Cənubi Koreya Rusiya və Belarusiyaya ixracı qadağan edilən malların siyahısını genişləndirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Koreyanın Sənaye Nazirliyi Rusiya və Belarusa ixracı qadağan edilən məhsulların siyahısına daha 243 ədəd əlavə edib.

Editor.az bu barədə Yonhap-a istinadla yazır. Bu qərar həmin malların hərbi məqsədlər üçün istifadə olunma ehtimalına görə verilib. Siyahıya metal kəsmə avadanlığı, optik cihazların hissələri, sensorlar daxildir. Hazırda Cənubi Koreya Sənaye Nazirliyinin siyahısı 1402 bənddən ibarətdir. Seulun məlumatına görə, əvvəlki gün Koreya Respublikası Şimali Koreya ilə Rusiya Federasiyası arasında neft məhsulları və silah daşıdığı iddia edilən Rusiyadan gələn şirkətlərə və gəmilərə məhdudiyyətlər qoyub. Bildirilir ki, Qərbin dəfələrlə ittiham olunmasına baxmayaraq, nə Rusiya, nə də Şimali Koreya tərəfi Şimali Koreyanın Rusiyaya sursat verməsi faktını rəsmən təsdiqləməyib.

Qeyd edək ki, iyunun 18-də Rusiya prezidenti Vladimir Putin rəsmi səfər üçün Pxenyana gəlib. Ertəsi gün o, prezident Kim Çen Inla görüşüb, bundan sonra tərəflər hərtərəfli tərəfdaşlıq sazişi imzalayıblar. Bunun ardınca Cənubi Koreya rəsmiləri Ukraynaya öldürücü silahların tədarükü ilə bağlı mövqelərinə yenidən baxacaqlarını açıqlayıblar.

//Gülnarə Abasova, Editor.az