Cənubi Koreya Rusiyadan gələn gəmilərə qarşı sanksiyalar tətbiq edibbackend

Cənubi Koreya Rusiyadan gələn gəmilərə qarşı sanksiyalar tətbiq edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Koreya Respublikası Moskvanı Pxenyanın raket və nüvə proqramlarını maliyyələşdirməkdə və hərbi malların daşınmasında ittiham edərək Şimali Koreyadan olan 7 fiziki şəxsə və iki Rusiya gəmisinə qarşı sanksiyalar tətbiq edib.

Editor.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

“Hökumətimiz Şimali Koreya ilə Rusiya arasında hərbi yüklərin daşınması ilə əlaqədar Şimali Koreyadan olan 7 şəxsə və iki Rusiya gəmisinə qarşı müstəqil sanksiyalar tətbiq edir”, – deyə bəyanatda bildirilir. Seul hakimiyyəti bu cür hərəkətlərin BMT Təhlükəsizlik Şurasının qətnaməsini pozduğunu iddia edir.

Onların sözlərinə görə, iki rus gəmisi Rusiya ilə Şimali Koreya arasında hərbi yük daşıyırmış. Onlar çıxışlarını Rusiya və Şimali Koreya arasında hərbi əməkdaşlığa son qoymağa çağırmaqla yekunlaşdırıblar. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova dəfələrlə vurğulayıb ki, Qərb ölkələrinin Rusiya ilə Şimali Koreya arasında qeyri-qanuni hərbi-texniki əməkdaşlıqla bağlı ittihamları sübuta yetirilmir.

//Gülnarə Abasova, Editor.az