Cənubi Koreya: “Şimali Koreya 200-ə yaxın artilleriya mərmisi atdı”backend

Cənubi Koreya: “Şimali Koreya 200-ə yaxın artilleriya mərmisi atdı”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Koreya Şimali Koreyanın 200-ə yaxın artilleriya mərmisi atdığını bildirib.

Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, Cənubi Koreya Baş Qərargahı məsələ ilə bağlı açıqlama verib.

Açıqlamaya görə, Şimali Koreya Cənubun qərb sərhədində yerləşən Yeonpyeong adasının şimalındakı Deungsan burnundan təxminən 200 artilleriya mərmisi atıb.

Güllələr Şimali Koreya ilə faktiki dəniz sərhədi olan Şimal Demarkasiya Xəttinin şimalındakı bufer zonasına düşüb.

Cənubi Koreya rəsmiləri tərəfindən edilən açıqlamada Yeonpyeong adasındakı mülki şəxslərin təxliyəsi əmri verildiyi bildirilib.

Bəyanatda artilleriya mərmilərinin atılmasının hərbi təxribat kimi qiymətləndirildiyi vurğulanıb.

Şimali Koreya lideri Kim Çen In Seulun Şimali Koreyanı düşmən elan etdiyini bəyan edib və iki ölkənin birləşməsinin mümkün olmadığını vurğulayıb.

İki ölkə arasındakı münasibətlərdə köklü dəyişiklikə çağıran Kim, Cənubi Koreya və Şimali Koreyanın müharibə şəraitində olan iki düşmən ölkəyə çevrildiyinə diqqət çəkib.

//Səbinə Hüseynli, Editor.az